Honduras çempionatının "Olimpia” – "Motaqva” oyunundan əvvəl kütləvi dava düşüb.
Belə ki, "Olimpia”nın fanatları "Motaqva”nı stadiona aparan avtobusa daş atıb və üç futbolçunu yaralayıb. "Seltik”in sabiq futbolçusu Emilyo İsaqire gözündən zədə alıb. Həmçinin paraqvaylı Roberto Moreyra ilə argentinalı Xonatan Ruqye şüşə parçaları ilə yaralanıblar.
Hətta polisin gözyaşardıcı qazdan istifadəsinə qədər stadionda güllə səsləri eşidilib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib, dördüncü isə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, əvvəllər də bu derbi vaxtı belə xoşagəlməz hallar yaşanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !