Küveyt: OPEC+ anlaşmasının uzadılması barədə düşünmək hələ tezdir

23:55 | 14.09.2017
Küveyt: OPEC+ anlaşmasının uzadılması barədə düşünmək hələ tezdir

Küveyt: OPEC+ anlaşmasının uzadılması barədə düşünmək hələ tezdir

OPEC mart ayında növbədənkənar iclas keçirə bilər.

OPEC və onun müttəfiqləri neft hasilatının azaldılması anlaşmasının həyata keçirilməsini diqqətlə izləməyə davam edəcək. Lakin anlaşmanın müddətinin artırılması barədə son qərar 2018-ci ilin ilk rübündə verilə bilər. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Küveytin energetika naziri İssam Əlmazruk dünən keçirilən mətbuat konfransında verib.

Nazirin sözlərinə görə, "əgər mart ayına qədər neft bazarında tarazlıq bərpa olunmasa, o zaman anlaşmanın uzadılması da daxil olmaqla müxtəlif variantlar müzakirə olunacaq".

"Noyabr ayında keçiriləcək sammitdən anlaşmanın bitməsinə qədər 5 ay vaxt var. Buna görə də biz anlaşmanın prolonqasiyası qərarını təxirə salıb, mart ayında növbədənkənar iclas təyin edib, orada müzakirə edə bilərik", - deyə nazir bildirib. Mətbuat konfransında iştirak edən Venesuelanın energetika naziri Euloxio Del Pino isə bildirib ki, "iştirakçılar anlaşma bitdikdən sonra nə qərar verəcəkləri barədə hələ razılığa gəlməyiblər".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM