“Ay Yapım” şirkətinin çəkdiyi bu serialda nəfəs kəsən bir eşq və macəra təqdim ediləcək
Türkiyənin məşhur aktyorları Kıvanç Tatlıtuğ və Farah Zeynep Abdulla yeni “Qurd Seyid və Şura" serialına çəkilirlər.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ay Yapım” şirkətinin çəkdiyi bu serialda hər iki aktyor tamaşaçıya nəfəs kəsən bir eşq və macəra təqdim edəcək.
“Star” televiziyasında yayımlanacaq serialın çəkilişləri qışın soyuğuna baxmayaraq Qartəpədə durmadan davam edir. Çəkiliş zamanı atdan düşüb dörd qabırğasını qıran Tatlıtuğ dublyordan istifadə etməyib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !