Küveyt 500 milyon ayırdı

20:54 | 01.04.2015
Küveyt 500 milyon ayırdı

Küveyt 500 milyon ayırdı

Küveyt Dövləti Suriya qaçqınlarına 500 milyon dollar vermək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə Küveytin baş naziri Sabah əs-Sabah bildirib.

Onun sözlərinə görə, vasait həm dövlət xəsinəsindən, həm də özəl sektordan ayrılacaq. Suriya böhranı müasir tarixdə ən böyük humanitar qəzadır. Küveyt hakimiyyəti ötən ildə də Suriyaya 500 milyon dollar humanitar yardım edib. 

Xatırladaq ki, BMT iki gün əvvəl Suriyaya ümumilikdə 7,7 milyard avro məbləğində humanitar kömək göstərmək üçün donor ölkələrə müraciət edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM