Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının sanksiyalarını qəti şəkildə rədd edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pxenyan bununla bağlı ABŞ-ı hədələyib.
"Koreya Xalq Demokratik Respublikası qarşıdakı cavab tədbirləri ilə ABŞ-ı ən böyük ağrıdan əzab çəkməyə məcbur edəcək, hansını ki, onlar nə vaxtsa tarixdə hiss edibilər", - deyə Şimali Koreyanın Cenevrədəki səfiri Xen Teya Sun bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası altıncı nüvə sınağıyla əlaqədar Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar tətbiq edib.
Daha əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikasının Rusiyadakı səfiri sanksiyaların kəskinləşməsini ittiham edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !