ÇL-də 1/8 finalın püşkü yenidən atıldı - Yenilənib

18:41 | 13.12.2021
ÇL-də 1/8 finalın püşkü yenidən atıldı - Yenilənib

ÇL-də 1/8 finalın püşkü yenidən atıldı - Yenilənib

UEFA Çempionlar Liqasının püşkatma mərasimi təkrar keçiriləcək.

"Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, buna səbəb püşkatma zamanı səhvə yol verilməsidir.

Belə ki, mərasimdə "Vilyareal” və "Mançester Yunayted” klubları eyni qrupda yer alsalar da, 1/8 finalda bir-birinə rəqib olublar. Sonradan təşkilatçılar bunun yanlış olduğunu bildirib onların adlarının olduğu qutuları yenidən səbətə atıblar.

Təkrar püşkatma saat 18:00-da başlayacaq. 
***
İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu mərhələnin cütlükləri müəyyənləşib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real" (İspaniya)
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq.
Xatırladaq ki, bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları "Mançester Yunayted”lə "Liverpul”un yer aldığı şarları səhv saldığı üçün püşk təkrarlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM