UEFA çempionlar liqasında "Play-off"mərhələsinin püşkatma mərasimi avqustun 2-də baş tutub və "Qarabağ"komandasının potensial rəqibləri bəlli olub. Bu barədə UEFA məlumat verib.
UEFA məlumatına görə, Moldovanın "Şerif" və Çexiyanın "Viktoriya" klublarının üçüncü təsnifat oyunları çərçivəsində keçirilən matçda qalib gələn komanda "Qarabağ"ın növbəti turda qarşılaşacağı rəqibi olacaq. Amma növbəti tura keçmək üçün (pley-off, - red) "Qarabağ" klubu da Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməlidir.
"Qarabağ"la "Ferentsvaroş" arasında oyun avqustun 3-də Bakının Tofiq Bəhramov stadionunda baş tutmalıdır.
Pley-off mərhələsinin ilk oyunları avqustun 16-ı və 17-i, cavab matçları isə avqustun 23-ü və 24-ü keçiriləcək.
Fərid Məmmədli
Bizi sosial şəbəkələrdə izləyin !