ABŞ alimləri laboratoriyada kiçik bir insan beyni istehsal ediblər. İnsan beyninin az qala tam bir kiçik versiyası olan beynin nevroloji xəstəliklərin müalicəsində gərəkli olacağı gözlənilir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ohayo Universitetindən olan alim Reno Anand, laboratoriya şəraitində beş həftəlik gərgin iş qrafikindən sonra bu elmi yeniliyə imza atıb.
Anand, "Bu sadəcə inkişaf edən bir beyin kimi göstərməklə qalmır eyni zamanda fərqli hüceyrə növləri, bir beyin kimi bütün genləri göstərir" dedi.
Yaşıl noxud böyüklüyündə olan beyində çox sayda hüceyrə növləri beynin bütün əsas sahələri və hətta bir onurğa da var.
Lakin beynin qansız olduğu müəyyən edilib. Beyin insan dəri hüceyrələrindən istehsal edilib və bu ana qədər istehsal edilənlər arasında həqiqi beyinə ən oxşar variant kimi səciyyələndirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !