Laçın dəhlizində 1000-ə yaxın mina zərərsizləşdirildi

09:42 | 01.12.2020
Laçın dəhlizində 1000-ə yaxın mina zərərsizləşdirildi

Laçın dəhlizində 1000-ə yaxın mina zərərsizləşdirildi

Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizində minə yaxın minanı zərərsizləşdirib.

Anews.az "TASS”a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlılar Laçın ərazisində artıq 10 kilometrə yaxın ərazini minalardan təmizləyib. Həmçinin döyüş əməliyyatları zamanı dağılmış yüksək gərginlikli elektrik xəttləri bərpa edilib, 100-dən çox ev və social əhəmiyyətli obyektlər yoxlanılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM