Laçına növbəti 17 ailə köçürülüb

09:17 | 29.11.2023
Laçına növbəti 17 ailə köçürülüb

Laçına növbəti 17 ailə köçürülüb

Noyabrın 29-da Laçına 17 ailə olmaqla 63 nəfər köçürülüb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ailələr "Qobupark 3" yaşayış kompleksindən yola salınıb. Bununla da Laçına köçürülənlərin sayı 363 ailə olmaqla 1389 nəfərə çatıb. 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub. 

Laçın 1992-ci il Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. 

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.

Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM