• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında şəhər infrastrukturunun 80 faizi tamamlanıb, 430 nəfər işlə təmin olunub

Laçında şəhər infrastrukturunun 80 faizi tamamlanıb, 430 nəfər işlə təmin olunub
11.11.2023 17:22

Laçında aparılan işlər sürətlə davam etdirilir. Rayon sakinlərinin əmək fəaliyyəti üçün də işlər görülüb.

Bunu "Report”un Qarabağ bürosunun Laçına ezam olunan əməkdaşına açıqlamasında "Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi Aqil Səfərəliyev bildirib.

Onun sözlərinə görə, Laçında hazırda 712 tikilidə işlər davam etdirilir: "Onlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı – təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistem ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb”.

Aqil Səfərəliyev Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti barədə də danışıb. O bildirib ki, hazırda Laçında yaşayan ailələrin əmək məşğuliyyəti sahəsində işlər görülür: "Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. Bakı Abadlıq Xidməti tərəfindən inşa olunan bu sənaye müəssisələri ilə laçınlı ailələr daimi işlə təmin olunacaq. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir”.

"Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi söyləyib ki, Zerti Aqro və Sənaye Parkında yerləşən "Zootopia” (qoyun və keçi saxlama məntəqəsi), "Fəyaz bağı” (istixanalar), "Gusto” (ət kəsimxanası), "Həkəri" (balıq təsərrüfatı), "Aydınoğlu” (mebel fabriki) fəaliyyət göstərəcək.

O bildirib ki, Laçın dağlıq ərazidə yerləşdiyi üçün burada havalar tez soyuyur: "Bu amil nəzərə alınaraq əhalinin qış istilik ehtiyatı artıq təmin edilib. Üstəlik, Laçın şəhəri noyabrın 8-dən etibarən təbii qazla təmin olunub. Sakinlərin istifadəsinə verilən evlərə kombi istilik sisteminin quraşdırılması da nəzərdə tutulub. Evlərdə və binalardan istilik sistemləri əvvəlcədən çəkilib, otaqlarda qızdırıcılar quraşdırılıb”.

Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb.









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol