Laçında yol qəzasında ölənlər Azərenerjinin əməkdaşları deyil - Yenilənib

11:02 | 19.09.2023
Laçında  yol qəzasında ölənlər Azərenerjinin əməkdaşları deyil - Yenilənib

Laçında yol qəzasında ölənlər Azərenerjinin əməkdaşları deyil - Yenilənib

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu "Azərenerji” ASC-nin əməkdaşları deyil. Bu barədə Azərenerji ASC İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.  
 
Bildirilib ki, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
 
 
09:58
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, "Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM