Laçından Zabux, Zerti və Qarıkaha kəndlərinə marşrut xətləri fəaliyyətə başlayacaq

10:29 | 01.02.2024
Laçından Zabux, Zerti və Qarıkaha kəndlərinə marşrut xətləri fəaliyyətə başlayacaq

Laçından Zabux, Zerti və Qarıkaha kəndlərinə marşrut xətləri fəaliyyətə başlayacaq

Laçından Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM