Lalə Məmmədova Fədayə Laçın haqda

09:58 | 31.10.2017
Lalə Məmmədova Fədayə Laçın haqda

Lalə Məmmədova Fədayə Laçın haqda

Əməkdar artist Lalə Məmmədova müğənni Fədayə Laçının həbs olunması xəbərinə münasibət bildirib.

Anews.az xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı paylaşım edib.

"Əzizlərim, heç vaxt heç kəsi qınamayın. Sabah başımıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son xəbərlərlə bağlı yalnız bunu deyəcəyəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramızda olacaqsan. Səni çox sevirəm”, - deyə L.Məmmədova yazıb.

Xatırladaq ki, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM