Lalə Şövkət hərəkət qabiliyyətini itirib

15:58 | 03.12.2024
Lalə Şövkət hərəkət qabiliyyətini itirib

Lalə Şövkət hərəkət qabiliyyətini itirib

Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət xroniki ürək xəstəliyindən əziyyət çəkir. Bu barədə onun oğlu Sidqi Şövkət Telegram.com-a deyib. 
 
"Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur. Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər. Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin",- o bildirib. 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM