Latviya və İsveç arasında dənizaltı fiber optik kabel xarici təsir nəticəsində zədələnib.Bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi (LVRTC) məlumat yayıb.
LVRTC hadisə ilə bağlı Latviya Hərbi Dəniz Qüvvələrini xəbərdar edib.
Portal qeyd edir ki, onlar da öz növbəsində insidentlə bağlı NATO müttəfiqləri, o cümlədən İsveçlə əlaqə saxlayıblar və daimi məlumat mübadiləsi aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !