Latviyada ictimai yerlərdə niqab taxmaq qadağan edilir

20:28 | 18.01.2016
Latviyada ictimai yerlərdə niqab taxmaq qadağan edilir

Latviyada ictimai yerlərdə niqab taxmaq qadağan edilir

Daha öncə qadağanın iki variantı nəzərdən keçirilirdi.

Latviyada bütün ictimai yerlərdə üzü bağlayacaq geyimin qadağan edilməsi planlaşdırılır.

Oxu.Az RİA novosti-yə əsasən xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi respublikanın ədliyyə naziri Dzintars Rasnaçs bildirib.

"Cari qadağa yalnız ictimai asayişi qorumaq üçün deyil, eləcə də Latviyanın mədəni dəyərlərini qorumaq üçündür”, - nazir bildirib.

Onun sözlərinə görə, qadağanın iki variantı nəzərdən keçirilirdi.

Qismən üzü bağlayan geyimin dövlət və təhsil müəssisələrində qadağan edilməsi və tam niqabın bütün ictimai yerlərdə qadağan edilməsi. Ədliyyə nazirliyi ikinci variantı dəstəkləyib.

Bu təşəbbüsü Latviyanın Seymi də nəzərdən keçirməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti