Latviyanın müdafiə naziri Azərbaycana gəlir

15:16 | 06.08.2014
Latviyanın müdafiə naziri Azərbaycana gəlir

Latviyanın müdafiə naziri Azərbaycana gəlir

Avqustun 7-də Latviya Respublikasının müdafiə naziri cənab Raymonds Veyonis Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.ANN.Az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.Cənab R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.Səfər avqustun 11-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti