Lavrov: “ABŞ-ın son addımına reaksiya verəcəyik”

15:38 | 01.09.2017
Lavrov: “ABŞ-ın son addımına reaksiya verəcəyik”

Lavrov: “ABŞ-ın son addımına reaksiya verəcəyik”

Moskva ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun bu ölkənin qərarı ilə bağlanmasına reaksiya verəcək.

APA-nın "RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz bu barədə ətraflı notanı dünən almışıq, bununla məşğuluq. Təhlili başa çatdırdıqdan sonra reaksiya verəcəyik”, - deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM