Lavrov: "ABŞ-ın təzyiqi ilə Avropa İttifaqı sanksiyaları qəbul edib"

13:51 | 25.12.2014
Lavrov:

Lavrov: "ABŞ-ın təzyiqi ilə Avropa İttifaqı sanksiyaları qəbul edib"

 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ABŞ-ın təzyiqi altında qəbul edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu fikri "Kommersant”a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ifadə edib:

"ABŞ vitse-prezidenti Cozef Bayden ABŞ universitetlərinin birində çıxışı zamanı bu haqda utanmadan danışıb. Məhz amerikalılar Avropa İttifaqını öz tələblərinə boyun əyməyə məcbur edib”.

Ukraynanın şərqindəki münaqişəyə gəldikdə isə S. Lavrov tərəflərin Minsk anlaşmalarına sadiq qalacaqlarına əminliyini ifadə edib. Ukraynada dövlət quruluşu probleminin həllinin vacibliyini önə çəkən nazir qeyd edib ki, əks halda bu ölkədə mütamadi olaraq bu və ya digər problemlər meydana çıxacaq.

S. Lavrovun sözlərinə görə, iqtisadi nöqteyi-nəzərdən Ukraynaya hələlik yalnız Rusiya kömək edir. O bildirib ki, son illər ərzində Kiyevə subsidiya və güzəştlər şəklində 33-34 mlrd. dollar verilib.   

"Qərb isə müəyyən subsidiya, qrant və kreditlərdən başqa hələlik heç bir addım atmayıb. Beləliklə indi "top” onların tərəfindədir və bu "top” böyükdür”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM