Lavrov Avropa Şurasının baş katibi ilə görüşdü

18:41 | 20.10.2017
Lavrov Avropa Şurasının baş katibi ilə görüşdü

Lavrov Avropa Şurasının baş katibi ilə görüşdü

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Torbyörn Yaqland arasında görüş keçirilib.

Anews.az bu barədə TASS-a istinadən xəbər verir.

S. Lavrov görüşdə Rusiya və Avropa Şurası arasında qarşılıqlı fəaliyyətə dair kompleks məsələləri müzakirə edəcəklərini bildirib: "Biz hər zaman Avropa Şurasına müstəqil və unikal Avropa təşkilatı kimi baxmışıq, bundan sonra da baxacağıq. Avropa Şurası öz unikal konvensiya mexanizmi ilə humanitar və hüquq məkanının vahidliyini təmin edir. Mənə elə gəlir ki, Avropa Şurasının əhəmiyyəti hazırkı vəziyyətdə, yəni Avropa ölkələrinin problemlərlə qarşılaşdığı vəziyyətdə daha da artır. Bunlar Avropada miqrantların, azlıqların hüquqları ilə bağlı, habelə ekstremist əhval-ruhiyyənin, o cümlədən neonasist tendensiyanın yüksəlməsi və dini dözümsüzlük problemləridir".

T. Yaqland isə görüşdə Rusiya nümayəndə heyətinin AŞPA-ya qaytarılmasını müzakirə etmək niyyətində olduğunu bildirib: "Bir sıra məsələləri, o cümlədən Rusiya parlamentinin nümayəndə heyətinin AŞPA-ya necə qaytarılmasını müzakirə etmək üçün buradayam". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM