Lavrov: Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları qaytarıb

16:56 | 02.02.2023
Lavrov: Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları qaytarıb

Lavrov: Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları qaytarıb

Azərbaycan uzun illər Ermənistan tərəfindən işğal olunmuş 7 rayonunu geri qaytarıb, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Uzun illər Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib. Rusiya məsələnin diplomatik yolla həlli üçün çoxsaylı variantlar təklif edib. Amma Ermənistan rəhbərliyi əraziləri saxlamaq istəyirdi. Azərbaycan ona məxsus olan torpaqları qaytarıb”, - Lavrov "Rossiya 24” telekanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan hazırkı mərhələdə Alma-Ata Bəyannaməsi əsasında sülh sazişi bağlamağa hazır olduqlarına dair saziş imzalayıblar.

Rusiyalı diplomatın sözlərinə görə, sentyabrda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən sonra İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutub.

Lavrov qeyd edib ki, KTMT-nin baş katibi Ermənistan-Azərbaycan sərhədinə gedib və Ermənistan ərazisinə missiya yerləşdirmək planını təqdim edib, lakin sonradan erməni tərəfi Azərbaycanın hərəkətlərini qəti şəkildə pisləməli olduğunu bəyan edib.

Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM