Lavrov: Biz inhisarçı deyilik

17:22 | 20.05.2015
Lavrov: Biz inhisarçı deyilik

Lavrov: Biz inhisarçı deyilik

Rusiya Federasiyası postsovet məkanında inhisarçılığa iddia etmir və qonşularının çoxvektorlu xarici siyasət haqlarını tanıyır, RF XİN rəhbəri Sergey Lavrov bəyan edib.

"Bizim bu məkanda fəaliyyətə inhisarçılığımız yoxdur. Biz qonşularımızın, keçmiş sovet respublikalarının haqlarını, indi müstəqil dövlət olan bu ölkələrin çoxvektorlu xarici siyasət haqlarını tanıyırıq”, - Lavrov Federasiya Şurasında çərşənbə günü bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.   

Lavrovun sözlərinə görə, Rusiyanın da çoxvektorlu xarici siyasəti mövcuddur.

"Ona görə də, onların Avropada, Amerikada və digər regionlarda oyunçularla əlaqələrinə anlayışla yanaşırıq.

İnad etdiyimiz yeganə şey, bu proseslərin açıq olması, heç bir gizli məna, saxlı sxem daşımamasıdır. Onlar açıq və düzgün şəkildə təqdim etdiyimiz Rusiya Federasiyasının qanuni milli maraqlarını nəzərə almalıdırlar. Başqa sözlə desək, biz bütün bu prosesləri ahəngə uyğun etmək və maraqlarda tarazlıq axtarmağa hazırıq”, -  RF XİN rəhbəri qeyd edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM