Lavrov: “Gümrüdə baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük”

15:30 | 21.01.2015
Lavrov: “Gümrüdə baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük”

Lavrov: “Gümrüdə baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük”

"Ermənistanın Gümrü şəhərində baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük. Çoxları bu faciədən geosiyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Lakin bu qəbuledilməzdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib.
 
Rusiya XİN başçısı cinayətkarın ən ağır cəza alması üçün hər şeyi edəcəyini söyləyib: "Vacib olan odur ki, cinayətkar tutulub. O artıq ifadə də verib. Cinayət işinin istintaqı və məhkəmə prosesi Ermənistan ərazisində obyektiv keçiriləcək. Əminəm ki, məhkəmə cinayətkara layiqli cəza verəcək".
 
Bu hadisənin Rusiya-Ermənistan münasibətlərinə təsirindən danışan S. Lavrov bildirib ki, cinayətkarın layiqli cəza alması üçün rəsmi Moskva əlindən gələni edəcək: "Çalışacağıq ki, bir də belə hallara yol verilməsin. Əminəm ki, Rusiya-Ermənistan strateji tərəfdaşlığı bu hadisədən zərər görməyəcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti