Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

18:04 | 03.02.2025
Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. İştirakçılar cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti