Lavrov Mirzoyanla Azərbaycanla bağlı münasibətləri müzakirə edəcək

10:57 | 21.01.2025
Lavrov Mirzoyanla Azərbaycanla bağlı münasibətləri müzakirə edəcək

Lavrov Mirzoyanla Azərbaycanla bağlı münasibətləri müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq. Diplomatik idarələrin rəhbərləri ikitərəfli məsələləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və digər birliklər çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər. Bu barədə Rusiya Xarici Nazirliyi məlumat yayıb. 

Tərəflər "Rusiya-Ermənistan münasibətlərinin bütün kompleksi, Aİİ və Avrasiya məkanında digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq və dünya gündəminin aktual məsələləri üzrə ətraflı fikir mübadiləsi aparacaqlar”.

Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetiriləcək, Ermənistan və Azərbaycan arasında normallaşmaya nail olunması vurğulanacaq.

Moskva qarşıdan gələn görüşün "konstruktiv şəkildə keçəcəyini, qarşılıqlı fəaliyyətin praktiki məsələlərinin irəliləməsinə kömək edəcəyini və Transqafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini” gözləyir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM