Lavrov NATO və Gürcüstanı hədələdi

18:13 | 18.02.2015
Lavrov NATO və Gürcüstanı hədələdi

Lavrov NATO və Gürcüstanı hədələdi

Rusiyanın XİN rəhbəri bəyan edib ki, əgər NATO Gürcüstanı alyansa cəlb etmək üzrə praktiki addımlar atarsa, Rusiya müvafiq qərarları qəbul etməyə hazırdır, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

"Biz beynəlxalq arenada, o cümlədən Rusiya və Osetiyanın Zaqafqaziyada sabitlik və təhlükəsizlik məsələlərinə dair Cenevrə müzakirələrində iştirakı daxil olmaqla qarşılıqlı fəaliyyəti müzakirə etmişik.

Biz 2008-ci il hadisələrinin təkrar olunmasının qarşısını alan, güc tətbiq edilməməsinə dair, hüquqi məsuliyyət tələb edən müqavilələrin bağlanmasının labüdlüyünü təsdiqlədik”, - Lavrov deyib.  

Lavrovun sözlərinə görə, bu məsələ xüsusilə Tbilisinin NATO-ya cəlb edilməsi fonunda çox aktualdır.

"Biz bunun Zaqafqaziyada təhlükəsizliyin təminatı üzrə səylərə təkan verməyəcəyinə tərəf idik, təbii ki, əgər bu addımlar praktiki konturlar almağa başlasa, görünüşə baxılırsa bu artıq baş verir, biz bu proseslərin vəziyyətə neqativ təsir etməməsi üçün müvafiq tədbirlər görəcəyik”, - rusiyalı nazir qeyd edib.

Daha öncə NATO və Gürcüstan rəhbərliyi ölkə ərazisində təlimlərin aparılmasına dair razılığa gəliblər. Eləcə də xəbər verilmişdi ki, təlimlərin keçirilməsinə baxmayaraq NATO Gürcüstanın alyansa nə zaman daxil olacağını dəqiqləşdirmir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM