"Qaynarinfo"
APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər
naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
müəllim və tələbə heyəti ilə görüşündə deyib.
O bildirib ki,
NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi
istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd
ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi
həyəcan doğurur:
"Bu cür qeyri-konstruktiv fəaliyyətlərin
təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında
biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə
təmin edə bilərik”.
Nazir qeyd edib ki, Rusiya məsuliyyətli
dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO
Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir:
"Bu
bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər
təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz
təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə
möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.
S.Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib:
"Bizim
həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan
həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və
bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi
formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan
həllini tapardı”.
Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !