BMT Baş Məclisinin 69-cu sessiyasında sərt çıxışı ilə yadda qalanlardan biri də Rusiya xarici işlər naziri Sergey Lavrov olub.
ANN.Az saytı CİHAN-a istinadən xəbər verir ki, Lavrovun əsas hədəfi ABŞ olub: "Əgər biz terrorla mübarizə aparacağıqsa, onu hər zaman və hər yerdə aparmalıyıq. Əgər istəmədiyiniz liderləri hakimiyyətdən salan terroristləri yaxşı hesab edirsinizsə, bu, gözlərinizi terrora qarşı qapatmaq kimi qəbul edilməlidir. Bu məntiqlə yalnız amerikalıları öldürən terrorist hesab edilir"."Nəyə görə indiyə qədər ABŞ İŞİD təhdidini görməzdən gəlirdi" - sualını verən Lavrov "Nəyə görə terrorla mübarizə məsələsində ikili standartdan istifadə olunur? Nəyə görə bizim Suriya hakimiyyəti və vətənsevər Suriya müxalifəti arasında vasitəçilik etməyimiz, sülh əldə etmək cəhdimiz dəstəklənmir" - təpkisini verib.ABŞ prezidenti Barak Obamanın BMT Baş Məclisindəki çıxışı zamanı "ABŞ-ın dünyaya baxışı" ifadələrinə münasibət sərgiləyən Lavrov ABŞ prezidenti özünün və ölkəsinin ayrı-seçkilik salan dünyagörüşünü tənqid edib. Obamanın çıxışının barışcıl olmadığını vurğulayan Rusiya XİN rəhbəri "Obmanın dünyanın daha azad və təhlükəsiz vəziyyətə gətirilməsi ilə bağlı açıqlamaları çox qəribədir. Bu açıqlamalar ciddi şəkildə verildimi? Anlamadım. Bir zamanlar Corc Oruell "Həqiqətlər nazirliyi" deyə bir qurum fikirləşmişdi. Deməli, bu düşüncə keçmiş tarixə çevrilməyib və hələ də ABŞ-da dünyagörüşü olaraq istifadə edilir" - deyərək fikrini ifadə edibANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !