Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri baş tutmayacaq"

14:06 | 21.01.2015
Lavrov:

Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri baş tutmayacaq"


Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ prezidenti Barack Obamanın Rusiya ilə bağlı dediklərini tənqid edib və bildirib ki, Rusiyanı təcrid etmək cəhdləri baş tutmayacaq.

O həmçinin qeyd edib ki, Moskva Ukrayna böhranının həllində bütün mümkün imkanlara əl atacaq.

Lavrov bunu yanvarın 21-də Ukrayna böhranı ilə bağlı Berlində keçirilən görüşdə deyib.

Görüşdə Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri iştirak edirlər.

 Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM