• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov şikayətləndi: Dezinformasiyalar yaymayın

Lavrov şikayətləndi: Dezinformasiyalar yaymayın
29.05.2020 09:52

"Müdaxiləmiz barədə dezinformasiyalar yaymayın"

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya hərbi avadanlıqlarının Ukrayna ərazisinə girməsi barədə məlumata malik olmadığını bildirərək, hər zaman müdaxilə barədə dezinformasiyalar yayılmasından şikayətlənib.

ANS PRESS-in məlumatına görə, o eyni zamanda Rusiyanın “qarşıdan gələn bir neçə gündə” Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərməyi planlaşdırdığını bildirib.

Rus nazir deyib ki, Şərqi Ukraynadakı humanitar şərait “pisləşməkdədir”.

Ukrayna Rusiyadan göndərilmiş birinci yardım karvanına rəsmi razılıq verməmişdi. Kiyev yardım karvanında rusiyapərəst separartçılar üçün hərbi yüklər gətirilə biləcəyindən narahat idi.

Ukrayna rəsmiləri bildiriblər ki, bazar ertəsi zirehli maşınlardan ibarət hərbi karvan Rusiya ərazisindən Ukraynaya keçib və orada ağır toqquşmalara səbəb olub.

Sərhədin Ukraynanın cənub-şərqində yerləşən Mariupol şəhəri yaxınlığında keçildiyi xəbər verilib.

“Ukrayna sərhədi onlarca tank və zirehli maşından ibarət karvan tərəfindən pozulub” – hərbi sözçü Leonid Matyukhin France-Press Agentliyinə deyib.

“Karvanın qarşısı bizim sərhəd keşikçilərimiz tərəfindən kəsilib…Orada döyüşlər davam edir” – deyib sözçü.

Son aylarda Ukrayna hökumət qüvvələri ilə separatçılar arasında davam edən döyüşlərdə 2000 nəfər həlak olub. 330 min insan evlərini tərk edib.

Rusiya və Ukrayna prezidentlərinin böhrana dair danışıqlarının çərşənbə axşamı Belarusiya paytaxtı Minskdə keçirilməsi planlaşdırıılır.

Cənab Lavrov deyib ki, Ukrayna Xarici İşlər Nazirliyinə yeni karvan barədə nota göndərilib.

Bazar ertəsi keçirilən mətbuat konfransında nazir deyib ki, Ukraynanın şərqindəki “humanitar vəziyyət yaxşılaşmır, əksinə pisləşməkdə davam edir”.

“Biz qarşıdan gələn günlərdə ikinci karvanın eyni marşrutla çatdırılmasının bütün şərtlərinə dair razılaşma əldə etmək istəyirik” – deyib Lavrov.

Rusiya bildirir ki, birinci karvanla generatorlar, ərzaq və su çatdırılıb.

Ukrayna mənbələri xəbər verirlər ki, üzərində qondarma Donetsk Xalq Respublikasının bayraqları olan 30-dək zirehli maşından ibarət karvan liman şəhəri Mariupol yaxınlığında Ukrayna ərazisinə daxil olub.

Mariupol hazırda ötən may ayında buranı qiyamçılardan geri almış Ukrayna qüvvələrinin nəzarətindədir.

Zirehli karvan barədə suala cavab verərkən cənab Lavrov deyib: “bu barədə heç nə eşitməmişəm, lakin bu günlərdə bizim “müdaxiləmiz” barədə xeyli dezinformasiya yayılır”.

Ukrayna və Qərb Rusiyanı qiyamçıları silahlandırmaqda ittiham edirlər, Moskva isə bu iddiaları rədd edir.

Sərhədin zirehli maşınlar tərəfindən keçilməsinə dair əvvəllər də xəbərlər yayılıb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adanada zəlzələ olub
Dünya 23:42
Adanada zəlzələ olub
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Dünya 23:09
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Dünya 22:59
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Paşinyan Makronla görüşüb
Dünya 21:09
Paşinyan Makronla görüşüb
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Dünya 20:00
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Dünya 17:54
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
Dünya 16:55
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Dünya 15:35
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Dünya 14:48
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol