Lavrov türkmənistanlı həmkarı ilə sənəd imzaladı

21:00 | 06.12.2022
Lavrov türkmənistanlı həmkarı ilə sənəd imzaladı

Lavrov türkmənistanlı həmkarı ilə sənəd imzaladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın XİN başçısı Reşit Meredov arasında görüş keçirilib. "TASS” agentliyi xəbər verir ki, Meredovun Moskvaya səfəri çərçivəsində nazirlər sənəd imzalama mərasimində iştirak ediblər.
 
Belə ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı sənədi diplomatlar tərəfindən imzalanıb.
 
Oxşar sənəd Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı Rusiya və Azərbaycan XİN arasında da imzalanmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb