Lavrovdan cəbhə bəyanatı

18:24 | 04.08.2014
Lavrovdan cəbhə bəyanatı

Lavrovdan cəbhə bəyanatı

"Bu dəfə cəbhədəki hadisələr kəskin təqdim edilir"

“Dağlıq Qarabağda təmas xəttində baş verənlər təbii ki, narahatlıq doğurur”. 

ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirib.

O bildirib ki, tərəflər bir-birini təxribatçı hərəkətlərdə günahlandırır. Belə hadisələrin əvvəllər də olduğunu deyən nazir uzun illərdir vaxtaşırı bu cür gərginliklərin müşahidə edildiyini bildirib.

“Lakin bu dəfə bütün bunlar kəskin qəbul edilir və təqdim edilir. Çoxsaylı insanlar ölüb. Biz digər ölkələr, o cümlədən Minsk qrupunun həmsədrləri - Rusiya ilə yanaşı, ABŞ və Fransa ilə birlikdə tərəfləri maksimum təmkinli olmağa dəvət etdik, növbəti zorakılığın yaranmasına gətirib çıxara biləcək hər hansı fəaliyyətə yol verməməyə çağırdıq", - deyə Lavrov bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM