Lavrovdan Xəzərin statusuna dair açıqlama

13:37 | 21.11.2013
Lavrovdan Xəzərin statusuna dair açıqlama

Lavrovdan Xəzərin statusuna dair açıqlama

“Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi üzərində iş pis getmir.Daha əvvəl imzalanmış və hazırlanmaqda olan sazişlərdə göstərilən əməkdaşlıq istiqamətlərini konkretləşdirməyin vaxtı çatıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilən 34-cü iclasında çıxışında deyib. S. Lavrov Moskvada sonuncu iclasın 2011-ci ilin iyulunda keçirildiyini və ötən dövrdə danışıqlar prosesinin yüksək intensivliklə davam etməsinin sevindirici olduğunu söyləyib: “Biz hesab edirik ki, Konvensiya layihəsi üzərində iş pis getmir”. Nazirin sözlərinə görə, Xəzərin ətraf mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının yeni protokollarının, hidrometeorologiya, Xəzərin bioloji ehtiyatlarının qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin ləğvi barədə sazişlərin işlənib hazırlanması yekun mərhələdədir: “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair 2010-cu ildə imzalanmış sazişin ratifikasiyası da yekun mərhələdədir. Bu, sahilyanı ölkələrin bizim hamımız üçün aktual olan təhlükə və təhdidlərlə daha səmərəli mübarizə üçün yaxşı imkanlar açır. Hesab edirik ki, ratifikasiya prosesini başa çatdıraraq müxtəlif əməkdaşlıq istiqamətlərini konkretləşdirən protokolların hazırlanmasına başlamalıyıq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb