“Lazım gəlsə, Ermənistan yenə cəzalandırılacaq” - İlham Əliyev

21:24 | 20.09.2017
“Lazım gəlsə, Ermənistan yenə cəzalandırılacaq” - İlham Əliyev

“Lazım gəlsə, Ermənistan yenə cəzalandırılacaq” - İlham Əliyev

"Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb. Onlardan biri körpə idi. 26 Azərbaycan vətəndaşı yaralanıb, 100-lərlə ev dağıdılıb”

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib.
Prezidentin deyib ki, Azərbaycan öz vətəndaşlarını qorumağa məcbur olub: 

"Cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq”.

Dövlət başçısı əlavə edib ki, Ermənistan ordusu Azərbaycanın kəndlərinə hücum edir: "Bu ilin iyulunda Füzuli rayonunun Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilib. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişənin həllində sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. 

Lazım gəlsə, ötən ilin aprel ayında olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM