Öldükdən sonra sağ olduğu iddia olunan məhşurlar - FOTOLAR

11:11 | 22.11.2014
Öldükdən sonra sağ olduğu iddia olunan məhşurlar - FOTOLAR

Öldükdən sonra sağ olduğu iddia olunan məhşurlar - FOTOLAR

Ölümündən sonra sağ qaldığı deyilən məhşurlar

ANN.Az Kulis.az-a istinadən öldükdən sonra haqqında sağ olması ilə bağlı müxtəlif şayiələr dolaşan 10 məşhuru təqdim edir.

1. Adolf Hitler  (1889 – 1945)

Əvvəlcə intihar etdiyini dedilər, səhəri gün alman radioları döyüşlərdə öldüyünü dedilər. Sonra Stalin Hitlerin Argentinaya qaçdığını iddia etdi. Ruslar Hitler və arvadının meyitindən parçalar götürüb ekspertiza nəticəsində onlara aid olduğunu sübut etmişdilər. Buna baxmayaraq sonrakı illər ərzində Hitlerin dünyanın müxtəlif yerlərində görüldüyü iddia olundu. İkinci Dünya müharibəsinin bitməsindən bu günə qədər Hitlerlə bağlı xəbərlər çıxmaqda davam edir.

2. Birinci Aleksandr (1777 – 1825)

Yaxınlarına taxt-tacdan imtina etmək istədiyini bildirdikdən sonra 1825-ci ilin qışında malyariya və vərəmdən qəflətən öldü. Basdırıldıqdan sonra ölümünün  yalan olduğu barədə şayiələr ortaya çıxdı. 1925-ci ildə Sovet hökuməti Aleksandrın məzarını qazdıqdan sonra məzarın boş çıxması bu şayiələri qüvvətləndirdi.

3. XVII Lüdovik 1785 – 1795

Fransız vəliəhdi Lüdovikin zindanda vərəmdən öldüyü iddia edilir. Bundan başqa onun həbsdən qaçırılıb yerinə ona oxşayan başqa birinin qoyulduğu da deyilənlər arasındadır. Həbsxana gözətçisinin arvadı Madam Simon, hadisədən bir müddət sonra deyilənləri təsdiqləmişdi. Hadisənin ardından bir neçə şəxs ortaya çıxaraq özünün əsl Lüdovik olduğunu iddia edirdi.

4. Ameliya Erhart (1897 – 1937)

Ameliya Erhart - ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1937-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. Amma başqa bir iddia görə onu yaponlar qaçırıb. Ölümü xəbəri yayıldıqdan sonra Yaponiyada görülməsi barədə söhbətlər dolaşırdı.

5. Anastasiya Nikolayevna Romanova (1901-1918)

Romanovlar sülaləsinin son nümayəndəsi II Nikolay ailə üzvləri ilə birlikdə 1918-ci ildə güllələnmişdi. Bu hadisədən sonra bir xeyli şəxs meydana çıxıb özünün Anastasiya Romanova olduğunu iddia edirdi. 1920-ci ildə Anastasiya olduğunu iddia edən Anna Andersonun ölümündən 10 il sonra DNA testi ilə polşalı bir ailədən gəldiyi bəlli olmuşdu.

6. Elvi Presli (1935-1977)

Elvisin ölümündən sonra yüzlərlə adam onu gördüyünü iddia edirdi. Elvisin Hugh J. Schonfieldin məşhur “The Passover Plot” kitabından çox təsirləndiyi deyilirdi. Kitabda İsa peyğəmbərin ölmədiyi, sadəcə dərman istifadə edərək özünü ölülüyə vurduğundan bəhs edilirdi. Buna görə bəziləri inanırdı ki, Elvis də bu kitabdan təsirlənərək özünü ölülüyə vurmuşdu. Hətta onun Elvisin oxşarları yarışmasına qatıldığı və camaatla məzələndiyi də iddia edilirdi. 

7. Cim Morrison (1943 – 1971)

Ekspertizanın nəticəsində Cim Morissonun infarktdan öldüyü yazılmışdı. Amma dedi-qodular Morrisonun yüksək dozadan və alkoqoldan öldüyünü deyirdi. Bunlardan başqa öldüyü həftə onun təyyarəyə minən yerdə “görmüşdülər”. Morriosonun dostu 1973-cü ildəki müsahibəsində deyirdi: “Bu günə qədər onun necə öldüyünü, ümumiyyətlə ölüb ölmədiyini dəqiq bilmirəm. Heç kim onun cəsədini görmədi. Möhürlü tabut idi. Kim bilir? Cimin necə öldüyünü kim bilir...”

8. Ahmet Kaya (1957 – 2000)

Ahmet Kaya barəsində də bu cür söz-söhbətlər gəzir. Öldükdən sonra albomunun, klipinin yayılması onun öldüyünü şübhə altına alırdı. Ahmet Kayaya aid olduğu söylənilən səs yazısı da suallar ortaya çıxarmışdı.

9. Maykl Cekson (1958 – 2009)

Onun adı bu siyahıya təzə düşüb. Tibbi ekspertiza onun əsl ölüm səbəbinin anesteziya dərmanı olduğunu göstərirdi. Ceksonun ölümündən bir müddət sonra onun sağ olması barəsində söhbətlər dolaşmağa başladı. Bu söhbətlərin daha da çoxalmasına səbəb isə guya onun Dave Dave adı ilə CNN-də bir verilişə çıxması oldu. Bu adı axtarış verib həmin verilişdən görüntülər izləyə bilərsiniz.

10. Tupak Şakur (1971 – 1996)

1996-cı ildə güllələnən məşhur hip-hop ifaçısı intensiv terapiyaya qoyulmuş, altı gündən sonra vəfat etmişdi. Şakurun sonuncu klipi "I Aint Mad at Cha" onun ölümündən yalnız bir neçə gün qabaq çıxmışdı. Digər ulduzlar kimi onun da əslində ölmədiyi, medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupak ömrünün bir ilini həbsxanada keçirmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM