Öldürücü virusa yoluxanların sayı 600-ə yaxınlaşdı – MİNLƏRLƏ insan nəzarətə alınıb

12:04 | 23.01.2020
Öldürücü virusa yoluxanların sayı 600-ə yaxınlaşdı – MİNLƏRLƏ insan nəzarətə alınıb

Öldürücü virusa yoluxanların sayı 600-ə yaxınlaşdı – MİNLƏRLƏ insan nəzarətə alınıb

Öldürücü virusa yoluxanların sayı 600-ə yaxınlaşdı – MİNLƏRLƏ insan nəzarətə alınıb.

Çinin Vuhan şəhərində ortaya çıxan və bu səbəbdən "Vuhan viusu" adlandırılan yeni sirli koronavirus yayılmaqda davam edir.


Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində xəstəliyə yoluxanların sayı 571 nəfərə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 17-dir.


Çinin Milli Səhiyyə Komissiyasının açıqlamalarına görə, ümumillikdə ölkənin 25 fərqli əyalətində yeni koronavirusa yoluxan kişilərdən 95-nin vəziyyəti ağırdır.


Digər tərəfdən, virusa yoluxan insanlarla təmasda olan 5 min 897 insandan 4 min 928-i nəzarətə alınıb.


Çindən başqa ABŞ, Yaponiya, Cənubi Koreyada da virusa yoluxanlar aşkarlanıb.


Virusun ortaya çıxdığı Vuhan şəhərində avtobus, metro, təyyarə kimi nəqliyyat növlərinin şəhərdən kənara çıxışları dayandırılıb. Şəhərin əhalisindən vacib olmadıqca şəhəri tərk etməməsi və maska geymələri tələb olunub.


Qeyd edək ki, yeni virus tənəffüs yolu ilə, asqırarkən və öskürərkən hava yoluyla yayılır.


İlk əlamətləri yüksək temperatur, boğaz ağrısı, nəfər çatışmazlığı, tənəffüsdə çətinlik, ishaldır. Daha sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur və nəhayət ölümlə nəticələnir.


Virusun 80 faiz vaxtilə 775 insanın həyatına son qoyan SARS virusuna bənzədiyi açıqlanıb.


Qeyd edək ki, yayılan yeni növ virusla bağlı ötən gün Lent.az -a açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev ölkədən Çinə gedənlərə müraciət edib: "Çinə gedənlər maksimum özlərini gözləməli, respirator xəstəliyi olan, zökəm əlaməti olan adamlardan uzaq gəzməlidirlər. Bundan başqa yediyi qidalara diqqət etməlidirlər, çünki sözügedən virus qida vasitəsilə və ya xəstə olan şəxslə sıx təmas nəticəsində yoluxa bilər. Dediyim məsələlər gözlənilərsə, xəstəliyin yoluxma ehtimalı çox aşağı olar".


C.İsayev qeyd edib ki, Çinin xəstəlik yayılan bölgəsindən ölkəyə gələnlər barədə Səhiyyə Nazirliyində müvafiq tədbirlər görülüb: "Sözügedən ərazilərdən gələn aviareyslərdəki şəxslərin ilk olaraq temperaturları yoxlanılacaq. Daha sonra xəstəlik aşkarlanan şəxslərin ölkəyə girişinə qadağa qoyulacaq və onlar ölkədən təcrid olunacaqlar".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb