Polşanın "Legiya” klubu 18 yaşlı Ramil Mustafayevlə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.
Bildirilib ki, perspektivli futbolçu bu həftə əsas komanda ilə məşqlərə başlayacaq. O komandada 32 nömrə ilə çıxış edəcək.
Ramil Mustafayev 2019-cu ildən Polşanın ikinci divizionda mübarizə aparan "Stal” klubunda çıxış edir. Gənc futbolçu bu mövsüm 13 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
"Ramil Mustafayev istedadlı və perspektivli futbolçudur, inkişafını davam etdirəcək. Cəmi 18 yaşı olmasına baxmayaraq, onun artıq böyüklərdə oynamaq təcrübəsi var”, – "Legiya”nın idman direktoru Yazek Zelinski deyib.
"Mən Rusiyada anadan olmuşam, amma valideynlərim Polşaya köçüblər və mən 10 il Varşavada yaşamışam. "Legiya”nın oyunlarına gedirdim, tribunadan ona azarkeşlik edirdim”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !