Yeniavaz.com xəbər verir ki, əsgərlər özləri ilə gətirdikləri sovqatı təhvil verdikdən sonra balacalarla şən musiqi sədaları altında rəqslər edib, onların könüllərini şad ediblər. Əsgərlər həmçinin, qayğıya ehtiyacı olan sanatoriyanın balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər.
N saylı hərbi hissənin komandiri bildirdi ki, biz mütəmadi olaraq bu tip ziyarətlər edirik: "Bu gün biz bu xəstə uşaqların dərdinə şərik olmağa və onların dərdlərini bölüşməyə gəlmişik. Onların bugünkü sevinci bizim üçün də xoş anlar yaşatdı. İstərdik ki, onlar həmişə sevinsinlər, onların da bu sevinci yaşamağa haqları var”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !