Səudiyyə Ərəbistanında adı açıqlanmayan bir istifadəçi ölən babası ilə selfi çəkdirərək, sosial şəbəkədə paylaşıb. Paylaşımını "özünü çox qəmgin duyur” anonsu ilə paylaşan uşaq ciddi etirazlara səbəb olub. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.
Araşdırma zamanı bu məsuliyyətsiz və düşüncəsiz hərəkətdə xəstəxana rəhbərliyinin suçu da ortaya çıxarılacaq. Belə ki, ölmüş bir xəstənin yanına hamının məsuliyyətsizcəsinə girməsi və mənəviyyata uyğun olmayan hərəkətlər etməsi xəstəxana rəhbərliyinin günahı kimi qiymətləndirilir.
Mədinədə baş vermiş bu hadisə ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyi nümayəndəsi Hadef Told əl Varan bildirib ki, "cəmiyyət dəyərlərini aşağılayan, məsuliyyətsiz bir davranış”dan sonra xəstəxanalarda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bu hərəkəti edən uşaq isə psixoloq və pedaqoqlar tərəfindən söhbətə cəlb olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !