İsrail ordusu təxminən bir aya yaxın davam edən hücumlarda ölən əsgərlərinin sayını açıqlayıb.Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsrail ordusundan Qəzza hücumlarında 64-ü əsgər, 3-ü sıravi vətəndaş olmaqla 67 adamın öldüyü, 463-ü əsgər 83 sıravi vətəndaşın yaralandığı açıqlanıb.İsrail ordusu tərəfindən açıqlanan yazılı açıqlamada iyulun 7-dən başlanan “qoruma xətti” adlı əməliyyat ərzində HƏMAS tərəfindən 3356 raket atıldığı, bunlardan 475-nin İsrailə düşdüyü, 116-sının “dəmir qübə” müdafiə sistemi tərəfindən havada məhv edildiyi, 116 raketin isə birbaşa İsraili hədəf aldığı bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !