Ölən şəxsin nömrəsinə vergi borcu gəlib - Nazirlikdən açıqlama

11:07 | 23.02.2023
Ölən şəxsin nömrəsinə vergi borcu gəlib - Nazirlikdən açıqlama

Ölən şəxsin nömrəsinə vergi borcu gəlib - Nazirlikdən açıqlama

2018-ci ildə vəfat etmiş Həsənova Svet xanımın adına olan mobl nömrəyə 187 manat vergi borcu gəlib. Bunu anews.az-a şikayət edən məhrumun qızı Gülnaz Həsənova deyib.
 
"Anam 2018-ci ildə rəhmətə gedib. Rəhmətə getməzdən 25 il əvvəlki dövrdə də xəstə olduğu üçün işləməyib. Anam rəhmətə gedəndən sonra onun adına olan nömrəni özüm işlətməyə başladım. Bu yaxınlarda həmin nömrəyə 187 manat vergi, 40 manat icbari tibbi sığorta borcu gəlib. "ASAN" xidmətə yaxınlaşanda mənə dedilər ki, nömrə kimin adınadırsa vergi borcu da ona aiddir. Başa düşmürəm 2018-ci ildə ölən anamın adına gələn vergi nə borcudur", - Gülnaz Həsənova bildirib. 
 
Məsələ ilə bağlı Vergilər Nazirliyindən bildirildi ki, vətəndaşın adına vöen hesabı varsa o rəhmətə gedəndən sonra da həmin hesab dondurulmur. Bunun üçün yalnız ölən şəxsin yaxını Vergilər Nazirliyinə yaxınlaşmaqla həmin hesabı bağlatdıra bilər. 
 
Şikayətçinin qeyd etdiyi vöen hesabını vergilər Nazirliyinin axtarış sistemində araşdırdıq. Məlum oldu ki, qeyd olunan vergi kodu üzrə məsul şəxs Elşən Əliyev adında biridir və onun vergi borcu 193 manat 55 qəpikdir. 
 
Vergilər Nazirliyinin sözçüsü Şahin Məmmədov anews.az-a açıqlamasında bildirdi ki, belə vəziyyətdə mesajı alan şəxs deyil vöen hesabında adı qeyd olunan şəxs məsuliyyət daşıyır. 
 
Nazirliyin sözçüsü deyir ki, həmin mesajın o nömrəyə getməsi isə texniki probləmlə əlaqəli ola bilər.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb