Lenin məqbərəsi ziyarətçilər üçün bağlanır

19:24 | 22.04.2024
Lenin məqbərəsi ziyarətçilər üçün bağlanır

Lenin məqbərəsi ziyarətçilər üçün bağlanır

Moskvada Vladimir Leninin məqbərəsi üç həftə ziyarətçilər üçün bağlı olacaq. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Dövlət tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar 2024-cü il aprelin 23-dən mayın 16-dək ziyarətçilərin V.İ.Leninin məqbərəsinə və Kreml divarının yanındakı nekropola daxil olmasına icazə verilməyəcək”,- məlumatda deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb