Leninin Azərbaycandakı sonuncu heykəli yıxıldı: "Özümüz dağıtdıq"

16:36 | 23.04.2019
Leninin Azərbaycandakı sonuncu heykəli yıxıldı:

Leninin Azərbaycandakı sonuncu heykəli yıxıldı: "Özümüz dağıtdıq"

Proletariatın dahi rəhbəri, keçmiş SSRİ məkanında təkpartiyalı sistemin əsasını qoymuş Vladimir İliç Lenin ilk sosialist dövlətin banisi olaraq tarixə düşüb.

Dünən kommunistlər Leninin doğm tarixini qeyd edirdilər.

Vaxtilə bütün sovet respublikalarında, o cümlədən Azərbaycanda Leninin kəhkəşanlı heykəlləri ucaldılmışdı. Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirdi. Amma istisnalar da qalmışdı. 

Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin şəstlə dayandığını göstərən heykəl öz yerində qalırdı.

Qəmərvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Bayramov Modern.az-a bildirib ki, artıq Lenin kənddəki heykəli yoxdur:

"Lenin bizim nəyimizə lazımdır?! Heykəli özümüz dağıtdıq. Heç kim heç bir göstəriş verməmişdi. Biz müstəqil dövlətik, bizə keçmişin qalıqları lazım deyil”. 

S.Bayramov qeyd edib ki, hələlik heykəlin yeri boşdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb