Leninin heykəlinin yerində unitaz ucaltdılar - VİDEO

09:30 | 04.02.2014
Leninin heykəlinin yerində unitaz ucaltdılar - VİDEO

Leninin heykəlinin yerində unitaz ucaltdılar - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə, Bessarabskaya meydanında Leninin uçurulmuş heykəlinin yerində qızıldan möhtəşəm unitaz ucaldıldı. ANS PRESS-in “Ridus” saytına istinadən verdiyi məlumata görə, Kiyev şəhər dövlət administrasiyasının qarşısında keçirilən aksiyada 30-dan çox insan iştirak edib.Tədbir iştirakçıları daha sonra hazırlanan heykəli Şevçenko bulvarına aparıb və əvvəllər Leninin heykəlinin dayandığı postamentin üzərinə qoyublar. Yeni heykəl adi unitaz heykəlidir, amma qızılı rəngli boya ilə boyadılıb. Aksiya iştirakçılarının sözlərinə görə, “qızıl unitaz” Ukrayna məmur və deputatlarının batdığı rüşvətin simvoludur. Heykəlin qoyulması Ukrayna Ali Radasının növbəti plenar həftəsinin başlanğıcı ilə eyni vaxta salınıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM