Lənkəran Dövlət Dram Teatrı İranda festivalda olub

21:00 | 19.08.2019
Lənkəran Dövlət Dram Teatrı İranda festivalda olub

Lənkəran Dövlət Dram Teatrı İranda festivalda olub

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə”  Milli Teatr Festivalında iştirak edib.

Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimi davam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini "Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər. İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. 

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb