Lənkəran Olimpiya Kompleksi yerlə bir edildi

15:47 | 06.12.2013
Lənkəran Olimpiya Kompleksi yerlə bir edildi

Lənkəran Olimpiya Kompleksi yerlə bir edildi

 Lənkəran Olimpiya Kompleksi tamamilə sökülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, səbəb idman qurğusundakı binanın divarlarında çatların aşkarlanmasıdır.Bu yaxınlarda Lənkəranda olan xüsusi komissiya baxış keçirdikdən sonra kompleksin yenidən qurulmasına qərar verilib. Artıq bir neçə gündür ki, işlərə başlanılıb.Xəbəri Lent.az-a açıqlamasında kompleksin direktoru Amil Ağayev də təsdiqləyib. O bildirib ki, 10 il öncə istifadəyə verilmiş qurğunun yerində yenisi və daha müasiri tikiləcək: “Kompleksimizdə hər 5 ildə bir dəfə əsaslı təmir aparılıb. Bununla belə, Lənkərandakı iqlim şəraiti və yer səthinə görə binada çatlar əmələ gəlmişdi. Həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları öncəsi təlim-məşq toplantısı və digər tədbirlər üçün kompleksimizdən istifadə də nəzərdə tutulub. Məsələdən Gənclər və İdman Nazirliyi də məlumatlı idi. Bu yaxınlarda prezident İlham Əliyev Lənkəranda olarkən, ona məruzə olundu və kompleksin yenidən qurulmasına dair razılıq alındı”.A. Ağayevin sözlərinə görə, əvvəllər idman qurğusu içərisində iki zalı olan bir korpusdan ibarət idisə, təmirdən sonra örtülü hovuz, restoran və otel də istifadəçilərin ixtiyarına veriləcək. Kompleksin stadionunun da yeri dəyişdiriləcək. İndi bina stadionun, stadion isə binanın yerində salınacaq və tutumu 2800-dən 5000 nəfərədək artırılacaq. Tikinti işlərinə nəzarəti Gənclər və İdman Nazirliyi aparacaq. Yeni kompleksin 2015-ci ilin əvvəllərinədək istifadəyə verilməsi nəzərdə tutulub.Qeyd edək ki, Lənkəran Olimpiya Kompleksi ilk dəfə 2003-cü il oktyabrın 9-da açılıb. İnşaat işlərini “Azpetrol” şirkəti həyata keçirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb