Lənkəranda avtomobil qəzası - Yaralılar var

13:57 | 15.11.2023
Lənkəranda avtomobil qəzası - Yaralılar var

Lənkəranda avtomobil qəzası - Yaralılar var

Lənkəranda yük və minik avtomobilləri toqquşub, 7 nəfər xəsarət alıb. Bu barərdə Report yazıb. 

Hadisə Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində baş verib.


Belə ki, "QAZel" markalı yük avtomobili "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub.


Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon sakinləri - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-cı il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.


Yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb