Lənkəran şəhər 1 saylı natariot kontoruna pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində Lənkəran sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə və Rəşad Bağırovdan ibarət dəstə tutulub.Aparılan əməliyyat tədbirləri nəticəsində onların İqbal Kərimovla birgə Əziz Babayeva məxsus avtomobil təmiri emalatxanasından 5700 manat pul olan seyfi, Cəlal Azadova məxsus stamatoloji kabinetdən televizor oğurlamaları və həmçinin, iki saylı poçt məntəqəsindən oğurluqa cəhd etməsi müəyyən olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !