Lənkəranın bir hissəsində içməli suyun verilişində fasilələr olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar 10-12 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaqdır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !